BİZ KİMİK?

HSE Center Azerbaijan– Sənaye təhlükəsizliyi sahəsində yenilikçi ideyaları ilə fərqlənən intelektual, peşəkar və böyük təcrübəyə malik insanları birləşdirərək peşə sağlamlığı, əməyin təhlükəsizliyi və mühafizəsi, ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan üsulların keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün effektiv həll variantlarını təklif edən qeyri-hökümət təşkilatıdır.

MİSSİYAMIZ

Sənayedə təhlükəsizlik məsələlərinə ölkə miqyasında məlumatlılıq yaratmaq və sahənin inkişafına dəstək olmaq.

VIZYONUMUZ

Əməyin təhlükəsizliyi və iş yerində sağlamlıq yanaşmalarını bütün cəmiyyət üzrə prioritetə çevirməkdir.

MƏQSƏDİMİZ

  • Əməyin təhlükəsizliyi və Sağlamlığı sahəsində çalışan peşəkarları bir araya gətirmək və qarşılıqlı münasibətlərini inkişaf etdirmək
  • Cəmiyyətdə Əməyin Mühafizəsi və Sağlamlığı şüurunu formalaşdırmaq üçün təbliğat və maarifləndirmə kampaniyaları aparmaq, ən yaxşı təcrübələri təbliğ etmək.
  • Əməyin Təhlükəsizliyi və Sağlamlığı ilə bağlı müvafiq qaydalara, siyasətlərə və qanunvericiliyə töhfə vermək.
  • Assosiasiya üzvlərini Əməyin Təhlükəsizliyi və Sağlamlığı sahəsində öyrənmə və peşəkar inkişaf üçün imkanlarla təəmin etmək.

NƏZƏRDƏ TUTULAN FƏALİYYƏTLƏR

  • Dövlət və özəl sektor əməkdaşlığını təşviq etmək üçün müxtəlif tədbirlər, forumlar, kompaniyalar təşkil etmək.
  • Əməyin təhlükəsizliyi və sağlamlıq şüurunun formalaşdırılması üçün müvafiq qurumlarlar əməkdaşlıq çərçivəsində uşaq bağçasından ali məktəblərə qədər marifləndirmə işlərini təşkil etmək.
  • İnteqrasiya edilmiş Əməyin Təhlükəsizliyi Mədəniyyəti anlayışını və statistikasını yaratmaq.
  • Assosiasiya tərkibində peşəkarlar tərəfindən təlimlər, seminarlar, workshoplar təşkil etmək.
  • Əməyin təhlükəsizliyi və sağlamlıq fəaliyyətlərində rəqabət mühitini formalaşdırmaq üçün müxtəlif motivasiya tədbirləri təşkil etmək.